Sarkisyan Azərbaycandan Ollanda şikayət etdi

Sarkisyan Azərbaycandan Ollanda şikayət etdi
  05 Avqust 2014    Oxunub:3478
Belçikada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin prezidenti Fransua Ollandla Dağlıq Qarabağdakı son hadisələri müzakirə edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan Erməni KİV-nə müsahibəsində bildirib.

“Fransa prezidenti ilə baş tutan qeyri-rəsmi görüşdə ikitərəfli münasibətlərlə yanaşı prezidentlər son günlər Dağlıq Qarabağda təmas xətti və Ermənistan – Azərbaycan sərhədində baş verən hadisələri müzakirə edib. Sarkisyan görüş zamanı Ollanda Azərbaycan hərbçilərinin müntəzəm olaraq erməni postlarını atəşə tutduğunu bildirib. Ölkə başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqlar prosesinin davam etdirilməsini vurğulayıblar” – deyə, Saqatelyan bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Birinci Dünya Müharibəsinin 100 illiyi ilə bağlı keçirilən mərasimlərdə iştirak etmək məqsədilə Belçikanın paytaxtı Brüsselldə səfərdədir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti