Putin və Medvedyev Krıma gedir

Putin və Medvedyev Krıma gedir
  05 Avqust 2014    Oxunub:2181
Gələn həftə Rusiya hökuməti tam tərkibdə - Prezident, baş nazir, Nazirlər kabinetinin üzvləri, deputatlar Krıma səfər edəcək.
AzVision.az-ın məlumatına görə, “RBK” telekanalı hökumətdəki mənbəyə istinadən xəbər verir.

Rusiya Dövlət Dumasının depuatları avqustun 12-də Krıma gələrək burada sakinlərlə görüşəcək, onların şikayət və təkliflərini dinləyəcək.

Yarımadada ən əsas tədbir avqustun 14-ü keçiriləcək. Belə ki, məhz həmin gün Yalta şəhərində Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevin iştirakı ilə Rusiya Dövlət Dumasının iclası keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti