Ərdoğan Güləni “nankor” adlandırdı

Ərdoğan Güləni “nankor” adlandırdı
  05 Avqust 2014    Oxunub:1911
Türkiyənin baş naziri və prezidentliyə namizəd olan Rəcəp Tayyip Ərdoğan yenidən “nurçu”lara qarşı sərt ifadələr işlədib.
AzVision.az-ın türk KİV-lərinə istinadən verdiyi məlumata görə, baş nazir çıxışı zamanı bildirib ki, Gülən Türkiyəni beynəlxaq təhlükə ilə şantaj edir.

Fəthullah Gülənin bədduaları ilə bağlı danışan Ərdoğan qeyd edib ki, Qəzzada ölənlərin sayı 900-ü keçib, amma hələ də Pensilvaniyadan İsraili lənətləyən heç nə eşidilməyib.

“Gülən Türkiyəyə gələcəkdi. Gezi hadisələri, 17 dekabr, və 25 dekabr hadisələri Türkiyəyə zərbə idi. Əgər 17-25 dekabr əməliyyatı həyata keçsə idi, Pensilvaniyadakı adam Türkiyəyə gələcəkdi. Amma onun qayıdışı gecikdirildi. Onlar hazırda son dəqiqələrini yaşayırlar. Nə qədər ki, mən varam, paralel dövlətlə mübarizə aparacağıq. Onlarda nankorluq, xəyanət və nə desən var. Hələki işin başındayıq. Məhkəmə indi lazım olan işləri görür. Mənimlə bağlı səs qeydlərini dinləyiblər. Sabiq ədliyyə və enerji naziri ilə danışıqlarımı yazıblar”.


Teqlər:  





Xəbər lenti