İsrail ordusu Qəzzadan geri çəkilir

İsrail ordusu Qəzzadan geri çəkilir
  05 Avqust 2014    Oxunub:1680
İsrail yerüstü qüvvələri Qəzza sektorunda tunellərin məhv edilməsi prosesini yerinə yetirib və üçgünlük atəşkəs rejimində sektoru tərk edir.
Bu barədə AzVision.az RİA Novostiyə istinadən xəbər verir.

“Biz tunellərin məhv edilməsi prosesini başa çatdırmışıq. Ümumilikdə 32 tunel məhv edilib. Hazırda qüvvələrimiz ölkə ərazisinə geri qayıdır” – deyə, məlumatda bildirilir.

Atəşkəs barədə saziş Misirin vasitəçiliyi ilə əldə olunub.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1821-yə çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti