Ohanyan ABŞ səfiri ilə cəbhəni müzakirə etdi

Ohanyan ABŞ səfiri ilə cəbhəni müzakirə etdi
  05 Avqust 2014    Oxunub:2253
Ermənistan müdafiə naziri Seyran Ohanyan və ABŞ-ın bu ölkədəki səfiri Con Heffern Dağlıq Qarabağda təmas xətti və Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyəti müzakirə edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazir və ABŞ səfiri son zamanlar təmas xəttində baş verənlərə görə dərin narahatlıqlarını bildiriblər.

Səfir Heffern cəbhədə baş verən insidentlər zamanı ölən hərbçilərin ailələrinə başsağlığı verib və bütün tərəfləri cəbhədə gərginliyin azaldılmasına çağırıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti