Ərdoğan İsraili Hitlerə bənzətdi

Ərdoğan İsraili Hitlerə bənzətdi
  05 Avqust 2014    Oxunub:1314
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsraili bilərəkdən fələstinli anaları öldürməkdə günahlandırıb.
Bu barədə AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ərdoğan həmçinin xəbərdarlıq edib ki, İsrail “öz tökdüyü qanda batacaq”. Öz seçicilərinə səslənən Ərdoğan İsrailin hərəkətlərini Hitlerin hərəkətləri ilə müqayisə edib.

Bu barədə Türkiyənin baş naziri seçkiqabağı kampaniya zamanı seçiciləri ilə görüşü zamanı bildirib.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti