Azərbaycan 12 məhbusu İrana verdi

Azərbaycan 12 məhbusu İrana verdi
  05 Avqust 2014    Oxunub:1502
Azərbaycan həbsxanalarında saxlanılan 12 iranlı məhbus ölkəsinə qaytarılıb.
Onlar Astara SNBM-dən İranın ədliyyə işçilərinə təhvil verilib. AzVision.az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyi məlumat verib.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin sözlərinə görə, qaytarılan 12 məhbusdan 3 qadındır. O, qeyd edib ki, Azərbaycan həbsxanalarında 6 iranlı məhbus qadın saxlanılırdı ki, onlardan 3 nəfəri bu gün qaytarılıb, 3 nəfərdə yaxın günlərdə İrana təhvil veriləcək.

Səfir deyib ki, Azərbaycan rəsmiləri ilə əldə olan razılığa görə, idari proseduralar keçirildidikdən sonra daha 35 iranlı məhbus öz ölkəsinə qaytarılacaq.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycan həbsxanalarındə 180 iranlı məhbus saxlanılır ki, onların da əksəriyyəti narkotik vasitələrin əldə edilib saxlanılması, daşınması, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və realizə edilməsi ilə ittiham olunurlar.
Qeyd edək ki, bundan öncə bu ilin əvvəlindən Azərbaycan İrana 30-dan çox məhbus təhvil verib, həmçinin İranda saxlanılan 5 azərbaycanlı məhbus ölkəmizə qaytarılıb.


Teqlər:





Xəbər lenti