Məşhurlar daha tez ölür

Məşhurlar daha tez ölür
  23 Aprel 2013    Oxunub:1928
Gənc yaşda dünyasını dəyişənlər aktrisa, müğənni, musiqiçi, sənət adamları və məşhur idmançılardır...
ABŞ-da nəşr olunan bir qəzetin, ölüm elanları dərc olunan səhifəsində aparılan araşdırma nəticəsində maraqlı faktlar üzə çıxıb.

Araşdırma göstərib ki, daim göz önündə olan məşhur insanların ömrü, digər peşə fəailləyyəti ilə məşğul olan insanlara nisbətən daha qısa olur.

AzVision.az-ın məlumatına görə, avstraliyalı araşdırmaçılar, 2009- 2011-ci illər arasında, Amerikanın reytinqli qəzetlərindən olan “New York Times”də yayımlanan 1000 ölüm elanını araşdırıblar.

Araşdırma zamanı məlum olub ki, ən gənc yaşlarda dünyasını dəyişənlər aktyor, aktrisa, müğənni, musiqiçi, sənət adamları və məşhur idmançılar olub.

Həmin şəxslərin ortalama ömrü 77 il olaraq xarakterizə olunub.
Digər peşələrdə çalışan insanların isə ortalama yaşı 82 yaş olaraq müəyyən edilib.

Araşdırmaçılar bildirir ki, ortaya çıxan bu faktlar daha bir maraqlı mövzunu gündəmə gətirib. Belə ki, maraqlı olan tərəf budur ki, məşhurların gənc yaşlarında həyata vida səbəbləri xərçəng xəstəliyidir.

Ciyər xərçəngi bu xəstəliklər arasında ən geniş yayılanıdır.

AzVision.az



Teqlər:  





Xəbər lenti