Putin Sarkisyan və Əliyevlə görüşəcək

Putin Sarkisyan və Əliyevlə görüşəcək
  04 Avqust 2014    Oxunub:3618
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlamanın siyasi prinsiplərinin ifadə edildiyi sənədi qəbul etməsi üçün xeyli səy göstərir.

AzVision.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Dağlıq Qarabağda təmas xəttində baş verənlər şübhəsiz ki, narahatlıq doğurur: Tərəflər bir-birini təxribatçı hərəkətlərdə günahlandırır, bu, əvvəllər də olub və təəssüf ki, biz uzun illərdir vaxtaşırı bu cür gərginlikləri müşahidə edirik. Lakin bu dəfə bütün bunlar kəskin qəbul edilir və təqdim edilir. Xeyli sayda insan ölüb və biz digər ölkələr, o cümlədən Minsk qrupunun həmsədrləri - Rusiya ilə yanaşı, ABŞ və Fransa ilə birlikdə tərəfləri maksimum təmkinli olmağa dəvət edərək növbəti zorakılığın yaranmasına gətirib çıxara biləcək hər hansı fəaliyyətə yol verməməyə çağırırıq" – deyə, Lavrov bildirib.

“Həftə sonu Soçi şəhərində bizim prezidentlə Ermənistan prezidenti və daha sonra Azərbaycan prezidenti ilə ayrı-ayrılqıda görüşləri nəzərdə tutlub. Onlar eyni zamanda və eyni məkanda olduğu zaman Dağlıq Qarabağ barədə danışqılar aparmamaq olmaz. Lakin bunun necə təşkil olunacağı bizim özümüzdən asılı olacaq” – deyə, Rusiya XİN-in rəhbəri bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti