Ukrayna ordusu şəhəri separatçılardan azad etdi

Ukrayna ordusu şəhəri separatçılardan azad etdi
  04 Avqust 2014    Oxunub:2714
Ukrayna ordusu Donbass vilayətində strateji mövqeyə malik Yasinovataya şəhərini azad edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin rəsmisi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə separatçıların aşkarlanması və zərərsizləşdirilməsi işləri aparılır.

Bundan əlavə Ukrayna hərbçiləri Dyakova və Dmitrovka yaşayış məntəqələrini birləşdirən avtomobil yolunu da nəzarətə götürüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti