Qəzzada ölü sayı artır

Qəzzada ölü sayı artır
  04 Avqust 2014    Oxunub:1329
İsrailin Qəzzaya 7 iyuldan bəri başlatdığı hücumlar nəticəsində 1821 fələstinli həyatını itirib.
AzVision.az xəbər verir ki, 9 min 420 nəfər isə İsrail hücumları nəticəsində yaralanıb. İsrailin Qəzzanın müxtəlif bölgələrinə son gündə hücumları nəticəsində 12 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

Fələstin Səhiyyə Nazilriyinin sözçüsü Eşref el-Kudra verdiyi açıqlamada Rəfah şəhərinə hücumlar zamanı yaralanan daha iki nəfərin xəstəxanada öldüyünü bildirib.

Hücumların başladığı 7 iyuldan bu yana 401-i uşaq, 238-i qadın, 74-ü qoca olmaqla 821 fələtinli həlak olub. 2 min 85 uşaq, 823 qadın, 343 qoca isə olmaqla 9 min 420 nəfərsə yaralanıb.

Ötən gün fələstinli snayperlərin atəşi nəticəsində bir israilli əsgər yaralanıb.

Fələstin hökümətinin nümayəndəsi Eşref el-Kudra ötən gün ölənlərin sayının 1830-a yüksəldiyini bildirməsinə baxmayaraq son araşdırmalardan sonra bu rəqəm 1821-ə kimi enib.

Emin


Teqlər:  





Xəbər lenti