İran Qəzzaya yardım göndərəcək

İran Qəzzaya yardım göndərəcək
  04 Avqust 2014    Oxunub:1504
İran parlamentariləri Qəzza sektoru sakinlərinə təcili humanitar yardımın göndərilməsi barədə qanun layihəsi hazırlayıb.
Bu barədə AzVision.az İranın “Press TV” telekanalına istinadən xəbər verir.

“Bu həftə Qəzza sektoruna təcili humanitar yardımın göndərilməsi barədə qanun layihəsi müzakirə edilməsi üçün Məclisə (İran parlamentinə) təqdim olunacaq. Əgər qanun layihəsi səsvermədən keçsə hökumət ən yaxın vaxta Qəzzaya və İordabn çayının qərb sahilinə yardım göndərəcək” – deyə, məclisin milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədr müavini İsmayıl Kosari bildirib.

Onun sözlərinə görə, qanun layihəsi təsdiqlənəcyi təqdirdə humanitar yardım üçün xüsusi büdcə ayrılacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti