İrandan cəbhədəki gərginliyə reaksiya

İrandan cəbhədəki gərginliyə reaksiya
  04 Avqust 2014    Oxunub:18847
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanması üçün Ermənistan və Azərbaycanı danışıqlar aparmağa çağırıb.
AzVision.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-in rəsmisi Mərzifə Əfham bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münaqişə hərbi yola həll edilə bilməz.

Əfham bu yaxınlarda təmas xəttində baş verən toqquşmalar nəticəsində hərbçilərin ölməsinə görə, təəssüfləndiklərini bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti