Obama: “Putin Rusiya üçün təhlükədir”

Obama: “Putin Rusiya üçün təhlükədir”
  04 Avqust 2014    Oxunub:2317
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinin öz ölkəsi üçün təhlükə olduğunu vurğulayıb.
AzVision.azın məlumatına görə, bu barədə Obama “The Economist” jurnalına müsahibəsində bildirib.

Obama etiraf edib ki, yaxın perspektivdə Rusiya prezidenti öz vətənində populyar ola bilər və “Rusiya xaricində ciddi problemlər” yarada bilər. Lakin ABŞ prezidenti hesab edir ki, Putin uzaq perspektivdə Rusiyanın özü üçün təhlükə ola bilər”.

Obama müsahibəsində Rusiyada hazırda müşahidə olunan vəziyyətə də toxunub. Onun sözlərinə görə, Rusiya regional səviyyədə təhlükə xarakteri daşıyır və ABŞ buna “qətiyyətlə cavab verəcək”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti