İsraildən 7 saatlıq ATƏŞKƏS
Atəşkəs rejimi zamanı fələstinlilərə humanitar yardım ediləcək, yerli əhali öz evinə qayıdacaq. Atəşkəs rejimi Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinə tətbiq olunmayacaq. İsrail hərbçiləri eyni zamanda bildiriblər ki, atəşkəs rejimi HƏMAS tərəfindən pozulduğu təqdirdə Qəzzada hərbi əməliyyatlar davam etdiriləcək.
Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.
Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1650-yə çatıb. Münaqişə nəticəsində 67 İsrail vətəndaşı öldürülüb.
Eldar Tanrıverdiyev