Deputatlar qəzaya düşdülər

Deputatlar qəzaya düşdülər
  04 Avqust 2014    Oxunub:5096
Türkiyə parlamentinin hakim AKP-dən olan iki deputatı avtomobil qəzasına düşüblər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-li deputatlar Əhməd Arslan və Yunus Kılıc Iğdırda düşdükləri qəza nəticəsində yaralanıblar.

İlkin məlumatlara görə, Qarsdan İğdıra doğru hərəkət edən 76 DR 547 dövlət nömrə nişanlı mikro avtobus İğdır hava limanı yaxınlığında deputatların əyləşdiyi maşınla toqquşub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarəti alan deputat təcili tibbi yardım xidmətinin həkimləri ilkin müayinə etdikdən sonra Ankaraya qayıdıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti