Qəzzada 185 fələstinli öldürülüb

Qəzzada 185 fələstinli öldürülüb
  02 Avqust 2014    Oxunub:2062
İsrailin Qəzzda keçirilən hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 185 nəfər öldürülüb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Fələstin rəhbərliyinin yaydığı məlumata görə, fələstinliləri böyük əksəriyyəti Rəfah şəhərində öldürülüb.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1626-a çatıb. Münaqişə nəticəsində 66 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti