ABŞ-dan İsrailə 225 milyonluq hərbi yardım

ABŞ-dan İsrailə 225 milyonluq hərbi yardım
  02 Avqust 2014    Oxunub:2351
ABŞ Senatı İsrailin raket əleyhinə kompleksi olan “Dəmir günbəz” in maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

İsrailə 225 milyon dolların ayrılması barədə qərarı Senat, daha sonra isə ABŞ Konqresinin Nümayəndələr Palatası təsdiqləyib.

Qanun layihəsinin yaxın vaxtlarda ABŞ prezidenti Barak Obama tərəfindən təsdiqləyib

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1440-a çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 56-ya çatıb.nəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti