Saakaşvili həbs olundu

Saakaşvili həbs olundu
  02 Avqust 2014    Oxunub:7032
Tbilisi şəhər məhkəməsi ölkənin baş prokurorunun tələbi ilə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini qiyabi olaraq həbs edib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Tbilisi şəhər məhkəməsi həmçinin Gürcüstanın sabiq nazirləri - ədliyyə naziri Zurab Adeişvili, müdafiə naziri David Kezeraşvili barədə də qiyabi olaraq həbs qərar verib.

Qeyd edək ki, Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti