Davudoğlu Azərbaycana başsağlığı verdi

Davudoğlu Azərbaycana başsağlığı verdi
  02 Avqust 2014    Oxunub:2737
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cəbhə xəttində 8 hərbçimizin şəhid olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
AzVision.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hərbçilərimizin şəhid olmasından kədərləndiyini dilə gətirən Ə.Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyini diqqətə çatdırıb.

`Azəri qardaşlarımıza xalqımız və dövlətimiz adından rəhmətlərimi bildirirəm. 8 şəhidin ağrısını ürəyimizdə hiss edirik`.




Teqlər:  





Xəbər lenti