Qəzzada üçgünlük atəşkəs pozuldu

Qəzzada üçgünlük atəşkəs pozuldu
  01 Avqust 2014    Oxunub:1751
Bu gün Bakı vaxtı ilə saat 10:00-da Qəzza sektorunda elan olunan üçgünlük pozulub.
Bu barədə AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir.

Atəşkəs rejimi elan oldunduqdan sonra Qəzza sektorunun cənbunda yerləşən Rəfah şəhərində HƏMAS və İsrail əsgərləri arasında toqquşma baş verib.

İsrail baş naziri Binyamin Netanyahu atəşkəs rejiminin pozulmasında HƏMAS qruplaşmasını günahlandırıb.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1440-a çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 56-ya çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti