Ərdoğanın maşın saxtakarlığı

Ərdoğanın maşın saxtakarlığı
  01 Avqust 2014    Oxunub:2741
Türkiyə prezidentliyinə namizəd, hazırki baş nazir Rəcəb Tayyib Ərdoğan seçim qadağalarının başlamasına görə dövlət avtomobilindən yox, mülki avtomobildən istifadə edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın Vandakı mitinqi zamanı "06 BV 8534" nömrəli Mersedes markalı maşın xidmətində olub.

Araşdırma nəticəsində məlum olub ki, Ərdoğanın istifadə etdiyi avtomobilin nömrəsi saxtadır. Belə ki, aparılan araşdırma zamanı həmin nömrənin 2009 model Fiat markasına aid olduğu bilinib.

Xatırladaq ki, Erdoğanla bağlı eyni skandal 1994-cü ildə İstanbul bələdiyyə seçkilərində də yaşanmışdı.

Emin


Teqlər:  





Xəbər lenti