Moskva bazarında yanğın: Azərbaycanlı öldü

Moskva bazarında yanğın: Azərbaycanlı öldü
  01 Avqust 2014    Oxunub:4652
Moskvanın şimalında Kronştadski bulvarında “Vodnoqo” ticarət kompleksində güclü yanğın baş verib.
Bu barədə AzVision.az Rusiya FHN-nə istinadən xəbər verir.

“Yanğın bu gün səhər 04:00 radələrində başlayıb. Yanğın zamanı iki nəfər ölüb, daha bir nəfər isə yaralanıb. 400 kvadratmetr ərazini əhatə edən yanğın tamamilə söndürülüb. Hazırda ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir. ” – deyə, Rusiya FHN-nin yaydığı məlumatda bildirilir.

Rusiya KİV-i isə ölən şəxslərdən birinin adının Rauf X olduğunu yayıblar. Onun Azərbaycan vətəndaşı olduğu ehtimal olunur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti