“Tərtərdə 2 hərbçimiz şəhid olub” – İcra hakimiyyəti

“Tərtərdə 2 hərbçimiz şəhid olub” – İcra hakimiyyəti
  01 Avqust 2014    Oxunub:4333
Ermənistan silahlı birləşmələrinin ötən gecə atəşkəsi pozması nəticəsində cəbhənin Tərtər istiqamətində 8 yox, 2 hərbçimiz şəhid olub.
Bu barədə AzVision.az-a Tərtər rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, icra hakimiyyətində olan məlumata görə, ötən gecə cəbhədə atışma nəticəsində Tərtər ərazisində 2 Azərbaycan hərbçisi dünyasını dəyişib.

Müdafiə Nazirliyinin açıqlamasında isə rəsmi olaraq, iki nəfərin öldüyü bildirilir.

Lakin yerli mətbuatda yer alan xəbərlərə görə, cəbhədəki atışma zamanı 11-ə yaxın hərbimiz şəhid olub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti