Klintonlar korrupsiyada ittiham olundu

Klintonlar korrupsiyada ittiham olundu
  01 Avqust 2014    Oxunub:1534
`Judicial Watch`un iddialarına görə, Hillari Klinton ABŞ dövlət katibi olduğu dövrlərdə həyat yoldaşı Bil Klintonun milyonlar qazanması üçün şərait yaradıb.

“Judicial Watch” (“Hüquqi növbə”) hüquq müdafiə təşkilatı bəyan edir ki, Hillari və Bill Klintonların ABŞ Dövlət Departamenti öz ciblərini doldurmaq üçün bir alətə çevirdiyini sübut edən sənədlər əldə edib.

İyulun 30-da açıqlanan sənədlərdə bildirilrir ki, məhz Hillari Klintonun qol qoyduğu 200-dən çox sənədə əsasən, ABŞ-ın keçmiş prezidenti mühazirə və çıxışlarından 48 milyon dollar gəlir əldə edib.

“Sözügedən 215 öhdəlik göstərir ki, xanım Klintonun hökuməti nəhəng banklara və digər iri müəssisələrə keçmiş prezidentin mühazirə və nitqlərinin pulunu ödəməsinə icazə verib. Bununla ovaxtkı hökumət təkcə Bill Klintonun milyonlar qazanmasına deyil, həmçinin həmin müəssisələrin Hillari Klintonun hesabına nüfuzunun artmasına şərait yaradıb”, deyə dövlət nəzarət qrupu ittiham edir.



`Judicial Watch`un prezidenti Tom Fitonun sözlərinə görə, “bu sənədlər Klintonların Dövlət Departamnetini ciblərini doldurmaq üçün reketə çevirdiklərini sübut edən `bomba`lardır. Fiton Obama hökumətinin bu vaxta qədər bütün bunlara göz yummasını ağılasığmaz hesab edir: `Heç kəs təsəvvür edə bilməz ki, Departament rəsmiləri Klintonun `pul kəsən maşının` yaxşı işləməsi üçün nə kimi siyasət yürüdüblər`.

Məlumatlarda həmçinin qeyd olunur ki, dövlət, Bill Klintonun Çin, Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri , Mərkəzi Amerika, Avropa, Türkiyə, Tayland, Hindistan, Tayvan və Kayman adalarında mühazirələrinə rəsmən icazə verib.

Qrup bildirir ki, Klinton adıçəkilən ölkələrdə nüfuzlu banklar, xəstəxanalar, media şirkətləri və s. qarşısında çıxışlar edib.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti