Qəzzada beş İsrail əsgəri öldürüldü

Qəzzada beş İsrail əsgəri öldürüldü
  01 Avqust 2014    Oxunub:1405
İsrail və HƏMAS arasında üçgünlük atəşkəs rejimi elan olunmazadan bir neçə saat əvəl Qəzzada beş İsrail əsgəri öldürülüb.
AzVision.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyi xəbər yayıb.

“İsrail Müdafiə Ordusu ötən gecə Qəzzada beş İsrail əsgərinin öldürülməsini təsdiqləyir. Bundan əlavə son 24 saat ərzində 19 İsrail hərbçisi yaralanıb” –deyə, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1440-a çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 61-ə çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti