BMT-nin nümayəndəsi Qəzzada ağladı -VİDEO

BMT-nin nümayəndəsi Qəzzada ağladı -VİDEO
  01 Avqust 2014    Oxunub:1149
Qəzzada çoxu dinc sakinlər olmaqla itki sayı 1300 nəfəri keçsə də 23 günlük münaqişənin həllinə yönəlmiş beynəlxalq səylər bir nəticə vermir.
ANS TV-nin məlumatına görə, İsrail tərəfi isə əməliyyatları davam etdirməkdə israrlıdır. Əməliyyatlara daha 16 min ehtiyatda olan hərbçinin səfərbər edildiyi bir vaxtda, İsrailin baş naziri Benyamin Netanyahu bəyanat verib:

“Biz artıq terrorçuların onlarla yeraltı tunelini məhv etmişik. Atəşkəsin olub-olmamasından asılı olmayaraq, bu missiyanı başa çatdırmaqda israrlıyıq. Ona görə də İsrail xalqının təhlükəsizliyi naminə, orduya bu tapşırığı yerinə yetirməyə imkan verməyən heç bir təkliflə razılaşmayacağam”.

Gün ərzində isə İsrail ordusu Qəzza zolağında fələstinlilərin məskunlaşdığı əraziləri bombardiman edib. İsrail təyyarələri ötən gün BMT məktəbini dağıtdıqdan sonra, bu gün də həmin məktəbin yaxınlığındakı məscidi hədəfə alıb. İndiyədək İsrail ordusu Qəzzada 22 məscidi dağıdılıb.

İsrailin bir qədər əvvəl məktəb düşərgəni bombalaması, beynəlxalq qanunların pozulması kimi dəyərləndirilib. 20-dək dinc sakinin, o cümlədən azyaşlıların ölümünə səbəb olan həmin hücum Amerika hökuməti tərəfindən də pislənib.

Qəzzada İsrail hücumunu müşahidə etmək və burada baş vermiş hadisələri qiymətləndirmək üçün bölgədə olan BMT-nin Qəzzadakı fələstinli qaçqınlara yardım fondunun nümayəndəsi Chris Gunness reportaj zamanı hönkürtü ilə ağlayıb. Gördüklərindən dəhşətə gələn BMT nümayəndəsi reportaj zamanı fələstinlilərin, hətta onların uşaqlarının hüquqlarının pozulduğunu dilə gətirib.




Teqlər:





Xəbər lenti