Ərdoğan qəzəbləndi: `Mükafatınız başınıza dəysin`
“Bu ara bir şey baş verdi. Amerika Yəhudi Konqresi mənə verdiyi mükafatı geri istəyirmiş. Əgər bu zülmə, bu soyqırıma, bu Hitler faşizminə, uşaqları qətlə yetirən rejimə dəstək verirsizsə, alın mükafatınız başınıza dəysin”, - deyə Ərdoğan bildirib.
Ərdoğan fələstinli körpələrin fəryadlarının inşallah qarşılıqsız qalmayacağını bildirib, o qətillərə göz yuman, dəstək verən zalimlərin də həmin körpələrin gözyaşlarına görə inildəyəcəklərini deyib.