Hindistanda sürüşmə: 41 ölü
Verilən rəsmi açıqlamada bildirilir ki, daha 100 nəfərin torpaq altında qaldığı ehtimal olunur.
Pune rayonunda baş verən yer sürüşməsinə səbəb kimi intensiv yağan yağış göstərilir.
Hindistan höküməti bölgəyə 300 xilasedici cəlb edib. Sürüşməyə yaxın ərazilərdə yaşayanların təxliyyə edilməsinə göstəriş verilib.
Xilasetmə işlərinə Hindistanın daxili işlər naziri Radzhnata Sing rəhbərlik edir.(anspress)