Ermənistanda əhalisinin sayı azalır
Bu il iyulun 1-nə olan məlumata görə, 2011-ci il əhalinin siyahıya alınması əsasında hazırlanmış cari hesabat üzrə ölkədə daimi yaşayanların sayı 3 009,8 min nəfər olub, onun 1 911,9 mini şəhərdə, 1 097,9 mini isə kənd yerlərində yaşayır.
Məlumata görə, ölkə əhalisinin azalması mənfi miqrasiya saldosunun əhalinin təbii artımı üzərində üstün olması ilə bağlıdır.
Cari ilin yanvar-iyun aylarında ölkənin nəzarət-buraxılış məntəqələri vasitəsilə xarici sərnişin dövriyyəsinin ümumi həcmi 2 242,3 min səfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1 938,9 minə bərabər olub.
Bununla belə, hesabat dövründə (eyniləşdirmə aparmadan) ölkəyə girişlərin sayı 1 078 202 (ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artım), çıxışların sayı isə 1 164 071 (14,5 faiz artım) olub.(trend)
Teqlər: