`İsrail Qəzzadan çıxmayacaq` - Baş nazirdən mesaj

`İsrail Qəzzadan çıxmayacaq` - Baş nazirdən mesaj
  31 İyul 2014    Oxunub:1072
Yeraltı tunellərin hamısı məhv edilməyənə qədər İsrail ordusu Qəzza sektorundan geri çəkilməyəcək və ya ona bu işə mane olacaq atəşkəs rejimi barədə saziş imzalamayacaq.
Azvision.az-ın məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

Netanyahu vurğulayıb ki, Qəzzada yerüstü əməliyyatlar əsas hədəfi bitmək üzrədir: “Hazırda biz HƏMAS-a məxsus onlarla tuneli məhv etmişik. Atəşkəs rejiminin elan olunub-olunmamasından asılı olmayaraq biz bu işi yekunlaşdırmalıyıq. Ona görə də mən ordunu bu vacib işi yerinə yetirməsinə mane olacaq heç bir təkliflə razılaşmayacağam” – deyə, Netanyahu Nazirlər Klabinetinin iclasında bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti