Merkel və Putinin gizli razılaşması

Merkel və Putinin gizli razılaşması
  31 İyul 2014    Oxunub:1420
Almaniya kansleri Angela Merkelin yaxın ətrafından olan mənbə Böyük Britaniyanın “The Independent” qəzetinə Almaniya və Rusiya liderləri arasında əldə olunan gizli razılaşmanın şərtlərini açıqlayıb.

“Merkelin sülh planı” Krımın Rusiyaya birləşdirilməsinin beynəlxalq birlik tərəfindən tanınmasını, buna cavab olaraq isə rəsmi Moskvanın Ukraynanın şərqində separatçılara maliyyə və hərbi yardımı dayandırmasını nəzərdə tutur. Əldə olunan razılığa əsasən Ukrayna prezidenti Pyotr Poroşenko NATO sammitində çıxış etməkdən imtina edəcək, Putin isə Ukraynanın Avropa İttifaqı ilə ticarət münasibətlərinə qarışmayacaq.

Planın ikinci hissəsi isə Ukrayna tərəfinin Rusiyanın “Qazprom” şirkətilə qazın qiymətinin əvvəlcədən müəyyənləşdirilməsi şərtilə uzunmüddətli müqavilənin imzalanmasını nəzərdə tutur. Rusiya həmçinin Rusiya donanmasının Krımda və Sevastopol şəhərində yerləşməsinin icarə haqqının itirilməsinə görə bir milyard dollar həcmində Ukraynaya maliyyə yardımı edəcək.

Mənbə bildirir ki, bu razılaşma Ukraynada “Boeing 777” təyyarəsinin qəzaya uğramasının səbəblərinin baş verməsi açıqlandıqdan sonra aktual olacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti