İsrail səfərbərlik elan etdi

İsrail səfərbərlik elan etdi
  31 İyul 2014    Oxunub:1106
İsrail ordusu ehtiyyatda olan 16 mindən çox insanı hərbiyə çağırıb.
Bu barədə AzVision.az “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.

“Qəzzada aparılan yerüstü əməliyyatlarda iştirak edən əsgərlərin dincəlməsi üçün 16 mindən çox ehtiyyatda olan əsgəri yenidən hərbiyə çağırır” – deyə, İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Ümumilikdə elan olunan səfərbərlik zamanı ehtiyyatda olan 86 mindən çox yəhudi əsgəri hərbi əməluyyatlara çağrılıb.
Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1359-ə çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 56-ya çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti