İsrail Qəzzada əməliyyatları davam etdirəcək

İsrail Qəzzada əməliyyatları davam etdirəcək
  31 İyul 2014    Oxunub:1039
İsrail Qəzzada hərbi əməliyyatları davam etdirmək niyyətindədir, lakin o eyni zamanda atəşkəs rejiminin elan olunması barədə təklifləri də nəzərdən keçirməyə hazırdır.
AzVision.az “RİA Novosti” Qüdsdə olan mənbəyə istinadın xəbər verir.

Mənbə bildirib ki, İsrail ordusunun əsas hədəfi HƏMAS yaraqlıları tərəfindən tikilən yeraltı tunellərin aşkarlanması və məhv edilməsidir.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1239-ə çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 56-ya çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti