Obama məhkəməyə verildi

Obama məhkəməyə verildi
  31 İyul 2014    Oxunub:1161
ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçı Con Beynerin prezident Barak Obamaya qarşı qaldırdığı iddianı təsdiqləyib.
Bu barədə AzVision.az “The Wall Street Jornal”a istinadən xəbər verir.

“İddianın lehinə Respublikaçılar Partiyasının 225 üzvü, əleyhinə isə 5 respublikaçı daxil olmaqla 201 konqresmen səs verib. Bundan sonra iddia federal hakimə göndəriləcək və o, sənədin hüquqi olub- olmaması barədə qərar verəcək. Müsbət qərar olduğu təqdirdə iddia Obama administrasiyasına təqdim ediləcək. Bütün bu proses bir ay çəkəcək” – deyə, məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti