Lavrov Qərbi ittiham etdi

Lavrov Qərbi ittiham etdi
  30 İyul 2014    Oxunub:963
Rusiya Ukraynadakı böhranın nizamlanması məsələsində Qərb tərəfdaşlarının razılığa gəlməcəyinə inanmır.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə gənc tacik diplomatlar qarşısında çıxış edərkən bildirib.

“Tərəflər arasında əldə olunan razılaşmaları yerinə yetirmək əvəzinə Qərb dövlətləri faktiki olaraq Ukrayna hökumətini öz xalqına qarşı zorakılıq hərəkətləri etməyə həvəsləndirilər. Qərbin Kiyevin Silahlı Qüvvələr də daxil olmaqla bütün imkanlardan istifadə etmək hüququna malik olması barədə bəyanatını yalnız bu cür qiymətləndirmək olar. Bununla da Ukraynanın cənub-şərqində yaşayan insanların hüquq və azadlıqları geosiyasi oyunların qurban verilir” – deyə, Lavrov bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti