Saakaşvili: “Çox uzaqlarda olacağam...”

Saakaşvili: “Çox uzaqlarda olacağam...”
  30 İyul 2014    Oxunub:1038
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili haqqında açılan cinayət işindən nazarıdır.
Prezidentlik fəaliyyəti dövründə heç bir cinayət işində iştirak etmədiyini deyən Saakaşvili yenidən bu məsələyə münasibət bildirib.

AzVision.az xəbər verir ki, keçmiş prezident hər zaman gücrü xalqının yanında olacağını qeyd edib:

“Məni rus oliqarxi İvanişvilinin prokurorluğu çağıranda çox uzaqda olacam,gürcü xalqı çağıranda isə çox yaxında”.

Qeyd edək ki, Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti