Putin: "Bir çox ölkələrdə nasizm və rusofobiya qəsdən təşviq edilir"

   Putin:    "Bir çox ölkələrdə nasizm və rusofobiya qəsdən təşviq edilir"
  07 Aprel 2025    Oxunub:462
Bir çox ölkələrdə nasizm və rusofobiya qəsdən təşviq edilir. SSRİ-nin Böyük Vətən Müharibəsində əldə olunan qələbədəki rolunun təhrifinə dair cəhdlər də var.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Qaliblərin xatirəsi. Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” beynəlxalq forumunun açılışında bildirib.

Putin 160 min nəfərin orduya çağırışı haqqında fərman imzaladı
“Dünyada yüz minlərlə insan qəlblərinin çağırışına boyun əyərək “Ölməz alayın” irimiqyaslı yürüşlərində, digər vətənpərvərlik, yaradıcı və məlumat xarakterli layihələrin həyata keçirilməsində iştirak edir”, - Kremlin saytında siyasətçinin sözlərindən sitat gətirilib.

Rusiya lideri qeyd edib ki, artan nasizm və rusofobiya şəraitində belə birlik və həqiqətə sədaqət nümayiş etdirmək xüsusi əhəmiyyət kəsb edir: "Çünki müharibənin nəticələrinə yenidən baxmaq və Rusiyanın Böyük Vətən Müharibəsindəki rolunu təhrif etmək cəhdləri edilir".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin  





Xəbər lenti