Türkiyə limon ixracını dayandırıb

Türkiyə limon ixracını dayandırıb
  07 Aprel 2025    Oxunub:482
Türkiyədə Ticarət Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin birgə qərarına əsasən, 8 aprel 2025-ci il tarixindən etibarən ölkədən limon ixracı müvəqqəti dayandırılıb.
Türkiyənin Ticarət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qərarın məqsədi yerli istehsalın qorunub artırılması və mümkün qiymət artımlarının qarşısının alınmasıdır.

"Bazar konyukturları çərçivəsində zəruri hallarda əlavə tədbirlər görüləcək. Ərzaq tədarükünü və təhlükəsizliyini qorumaq, xalqımızın münasib qiymətlərlə ərzağa əlçatanlığını asanlaşdırmaq, bazarda baş verə biləcək manipulyasiya hallarının qarşısını almaq məqsədilə əvvəlki kimi bütün nəzarət alətləri qətiyyətlə yerinə yetiriləcək", - məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   limon   ixrac  





Xəbər lenti