Fransa 3 günlük matəm elan etdi
Fransa Prezidenti təyyarənin tapılmış iki “qara qutusu”nun ən qısa müddətdə öyrəniləcəyini və qəzanın səbəbinin aydınlaşdırılacağını bildirib. Onun dediyinə görə, qəza çətin keçilən yerdə baş verib. Ərazi mühafizə olunur. Bu, hadisə yerinin toxunulmazlığı və cəsədlərin toplanması üçün vacibdir. F.Olland təsdiqləyib ki, bazar ertəsindən başlayaraq ölkədə üç günlük matəm elan olunur.
Əlcəzairin hakimiyyət orqanları qəzanın səbəbi kimi terror aktını istisna edirlər. Bunu ölkənin Baş naziri mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, qəzanın baş verdiyi rayon çətin meteoroloji şəraiti, xüsusən qum fırtınaları ilə məşhurdur. “Əgər təyyarənin içərisində nə isə baş veribsə, istintaq bunu müəyyənləşdirəcək, çünki qara qutular artıq tapılıb” – deyə baş nazir qeyd edib.