Təyyarənin vurulmasında günahkar Putindir - ABŞ

Təyyarənin vurulmasında günahkar Putindir - ABŞ
  26 İyul 2014    Oxunub:1189
Rusiya prezidenti Vladimir Putin “Malayziya” aviaşirkətinə məxsus təyyarənin vurulmasında günahkardır.

AzVision.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Coşua Ernest bildirib.

“Biz bilirik ki, “Malayziya” aviaşirkətinə məxsus təyyarə yerdən buraxılan raket vasitəsilə vurulub. Təyyarə separatçıların nəzərtində olan ərazidən vurulub. Həmin zaman orada Ukraynaya məxsus Hava Hücumundan Müdafiə raketləri işləməyib. Bununla bağlı biz bu qənatə gəldik ki, bu faciənin baş verməsində günahkar vladimir Putin və ruslardır” – deyə, Ernest bildirib.

Qeyd edək ki, iyulun 17-də Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən “Malaysia Airlines” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində və 15 ekipaj üzvü olmaqla 298 sərnişin olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti