Ərdoğan Obama ilə əlaqəni kəsdi
ANS-in Vaşinqton bürosu "Türkiyənin baş naziri Rəcəb Tayiib Ərdoğanın Barak Obama ilə münasibətləri kəsməsilə bağlı bəyanatına Vaşinqton necə reaksiya göstərib?" sualına cavab tapmağa calışıb: “Vaşinqton cənab Ərdoğanın məlum bəyanatını şərh etməyə tələsmir. Belə ki, cənab Ərdoğan özü də etiraf edib ki, iki ölkə arasında birbaşa ünsiyyət vitse-prezident və xarici işlər nazirlikləri səviyyəsində davam edir. İki ölkə arasında münasibətlər Taksim meydanı baş verən hadisələr zamanı Vaşinqtonun etirazçılara qarşı zor tətbiq etməsinin tənqid etməsi, eləcə də 1999-cu ildən Pensilvaniya ştatında yaşayan cənab Gülənin deportasiya xahişindən sonra daha da gərginləşib.
Cənəb Fətulla Gülənin deportasiya xahişini Vaşinqton Ankaranın administrativ resuslardan istifadə etmək cəhdi kimi dəyərləndirirlər. Eyni zamanda Vaşinqtonda başa düşürlər ki, cənab Ərdoğan güclü və nüfuzlu siyasətçidir. Avqustun 10-da keçiriləcək seçkilərdə, onun yenidən qalib gəlmək şansı yüksəkdir. Odur ki, Vaşinqton - ABŞ rəsmi siyasəti bu seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ-ın strateji partnyoru olan bir ölkədə seçki prosesinin azad və ədalətli olmasına dəstək olmaqdır”.
Teqlər: