ASAN İnnovativ İnkişaf Mərkəzi jurnalistlər üçün süni zəka təlimi reallaşdırıb- FOTOLAR

   ASAN İnnovativ İnkişaf Mərkəzi jurnalistlər üçün süni zəka təlimi reallaşdırıb-   FOTOLAR
  28 Fevral 2025    Oxunub:440
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim təşkil edilib.
AzVision.az xəbər verir ki, təlimdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Məqsəd media nümayəndərinin fəaliyyətində süni zəka alətlərindən effektiv istifadəni dəstəkləməkdir. Həmçinin onların iş prosesini optimallaşdırmaq və informasiya istehsalında innovativ yanaşmaların tətbiqini təşviq etmək əsas hədəflərdir.

Bu çərçivədə iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verilib. Real nümunələr və vörkşoplar əsasında isə süni zəkanın tətbiqi mənimsənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

ASAN İnnovativ İnkişaf Mərkəzinin əsas məqsədi qabaqcıl ASAN təcrübəsi əsasında innovativ və yeni təlim metodlarının istifadəsi ilə ölkəmizdə yüksək ixtisaslı kadrlar hazırlamaq, eləcə də dövlət və özəl sektorda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına töhfə verməkdir.

AzVision.az



Teqlər: təlim   jurnalistika   ASAN  





Xəbər lenti