NATO Rusiya ilə sərhəddə hərbi baza yaradır

NATO Rusiya ilə sərhəddə hərbi baza yaradır
  24 İyul 2014    Oxunub:992
NATO-nun Avropadakı silahı qüvvələrinin rəhbəri, general Filipp Bridlav Şərqi Avropada Rusiya ilə sərhəddə alyansın ən böyük hərbi bazasının yaradılması təklifi ilə çıxış edib.

Bu barədə AzVision.az “The Times” qəzetinə istinadən xəbər verir.

Bridlav bazanı Baltik dənizinin sahilində yerləşən Polşanın Şeçin şəhərində yaradılmasını təklif edib. General hesab edir ki, böhran zamanı baza ən qısa zamanda NATO-nun hərbi birliklərini lazım olan hər şeylə təmin edə bilər. Bu məsələnin 2014-cü ilin sentyabrında NATO-nun Böyük Britaniyada keçirləcək sammitində müzakirə edilcəyi gözlənilir.

Bridlavın sözlərinə görə, NATO Polşa, Latviya, Litva və Estoniyanın alyansın dəstəyini hiss etməsi üçün əllindən gələn hər şeyi etməlidir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti