Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
  16 Fevral 2025    Oxunub:679
Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Mercedes" markalı minik avtomobili Xudat- Qusar yolunun Kəndxudat kəndi ərazisindən keçən hissəsində yoldan çıxaraq qoz ağaclarına çırpılıb. Nəticə sürücü, Xudat şəhər sakini Murad Məlikməmmədov hadisə yerində keçinib.

Həmin avtomobildə olan sərnişin, Qusar rayon sakini Gülnar Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti