Rubio BƏƏ-yə gedib

Rubio BƏƏ-yə gedib
  19 Fevral 2025    Oxunub:509
ABŞ Dövlət katibi Marko Rubio Yaxın Şərqə səfərinin axırıncı mərhələsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.
Dövlət Departamentinin məlumatına görə, o, paytaxt Əbu-Dabidə Prezident Məhəmməd bin Zayid Al Nəhyan və xarici işlər naziri Abdullah bin Zayid Al Nəhyanla görüşəcək.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin Ukraynada müharibənin həllinə dair xüsusi sammiti keçirilib. Marko Rubio ABŞ-ni, Sergey Lavrov isə Rusiyanı təmsil edib. Onlar həmçinin bir sıra digər məsələ ətrafında da müzakirələr aparıblar.
Tramp Qəzzanı ələ keçirir

Cümə günü isə Ər-Riyadda ABŞ Prezidenti Donald Trampın Qəzza zolağına dair xüsusi planı üzrə Körfəz Əməkdaşlıq Şurasının sammiti baş tutacaq. Bu sammitdə Trampın planı ilə razılaşmayan ərəb ölkələrinin alternativ təkliflər irəli sürəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   BƏƏ   Səudiyyə   görüş  





Xəbər lenti