Qəzzada ölənlərin sayı 700-ü keçdi

Qəzzada ölənlərin sayı 700-ü keçdi
  24 İyul 2014    Oxunub:792
İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 700-ü keçib.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən gecə regionun 23 sakini qətlə yetirilib. Bununla da əməliyyatlar başlayandan bəri ölən fələstinlilərin sayı 718-ə çatıb. 4,5 mindən çox insan isə yaralanıb.

İsrail Müdafiə nazirliyinin yaydığı məlumata görə, Qəzzada başlayan əməliyyatlar nəticəsində 29 İsrail əsgəri ölüb.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti