Kəbədə yanğın – FOTO, VİDEO

Kəbədə yanğın – FOTO, VİDEO
  24 İyul 2014    Oxunub:798
Bu gecə müsəlmanların qibləgahı olan Məscidi Həramda yanğın baş verib.

Bu barədə məlumatı və fotoları “al-riyad” portal yayıb.

Məlumata görə, yanğın genişləndirmə işlərinin aparıldığı ərazidəki taxta konstruksiyalarda başlayıb.

Fövqəladə hallar idarəsi yanğının söndürülməsi üçün bütün gücünü səfərbəf edib.

İdarədən verilən məlumata görə, hadisə nəticəsində hələlik ölən və xəsarət alan qeydə alınmayıb.

Səudiyyə Ərəbistanı rəsmiləri yanğın barədə mətbuata əlavə açıqlama veriləcəyini açıqlayıb.

Müqəddəs məkanda yanğının tamamilə söndürüldüyü və hazırda soyutma işləri aparıldığı bildirilir.


(ans)


Teqlər:





Xəbər lenti