Olland toyunu təkzib etdi

Olland toyunu təkzib etdi
  24 İyul 2014    Oxunub:987
Fransa prezidenti Fransua Olland sevgilisi, aktrisa Juli Qaye ilə nəzərdə tutulmuş toy haqda xəbərləri təkzib edib.
Fransa mətbuatı cütluyun yaxın vaxtlarda rəsmi şəkildə evlənəcəyini bildirib.

"Bu, sadəcə mənim ad günüm olacaq, daha heç nə. Mənə hədiyyə edə bilərsiniz! Amma başqa səbəblərə görə hədiyyələr gətirmək lazım deyil", - deyə Olland "Erop-1" radiostansiyasının efirində bildirib.

Eyni zamanda daha əvvəl “Le Parisien” fransız qəzeti bildirib ki, 12 avqustda 60 illiyini qeyd edəcək Olland həmin gün Juli Qaye ilə rəsmi nikah bağlamağı planlaşdırır.(Ans)


Teqlər:  





Xəbər lenti