Dağlıq rayonlarda 12 dərəcə şaxta olub

Dağlıq rayonlarda 12 dərəcə şaxta olub
  03 Fevral 2025    Oxunub:446
Fevralın 3-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

AzVision.az


Teqlər: hava   şaxta  





Xəbər lenti